Xidmət sözləşməsi

  1. 1. Sözləşmənin tərəfləri:
    • 1.1. Bu üzvlük sözləşməsi (bundan sonra “Sözləşmə”), "Dreams.az" MMC (bundan sonra “CorpoLead”) ilə www.corpolead.com internet saytında üzv olan və burada təqdim olunan xidmətlərdən istifadə edən “İstifadəçi” arasında istifadə qayda və haqlarını müəyyən edir. Bu “Sözləşmə” “İstifadəçi” tərəfindən elektron qaydada qəbul edildiyi tarixdə qüvvəyə minir və tərəflərin bu “Sözləşmə”də qeyd olunan qaydalar çərçivəsində xitam verildiyi müddətə qədər qüvvədədir.

 

  1. 2. “Sözləşmə”nin predmeti:
    • 2.1. Bu “Sözləşmə”, “İstifadəçi” tərəfindən, “CorpoLead” vasitəsilə təqdim olunan, “bulud texnologiyası” ilə işləyən CRM platformasından (bundan sonra “Platforma”) istifadə olunması və “İstifadəçi” tərəfindən “Platforma”ya yüklənən məlumatların gizliliyi və güvənliyi, eyni zamanda məzmunla bağlı şərtlər üzrə tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsini əhatə edir.
    • 2.2. Əgər “Platforma” şirkət adına açılarsa, bu zaman əsas müştəri hesabı “Adminstrator” kimi qeyd edilir və bununla bu hesab şirkət adına çıxış etmək hüququnun olmasını və bu “Sözləşmə”nin şərtlərini şirkət adına qəbul edilmiş olur.

 

  1. 3. “İstifadəçi”nin hüquq və vəzifələri:
    • 3.1. “İstifadəçi”nin “Platforma”ya üzv olması üçün ən az 18 yaşı olmalıdır və əgər o üzv olarsa yaş həddinin bu “Sözləşmə”nin qaydalarına uyğun olduğunu bəyan etmiş olur.
    • 3.2. “İstifadəçi” “Platforma”da qeydiyyatdan keçərkən istifadə etdiyi istifadəçi və şirkət məlumatlarının doğruluğunu bəyan edir və qəbul edir. “İstifadəçi” “Platforma”da qeydiyyatdan keçərkən istifadə etdiyi ad və soyad, elektron poçt ünvanı (e-mail), şirkətin adı və tələb edilən digər məlumatların doğruluğu və aktuallığını təmin edir. ”İstifadəçi” “Platforma”nın bu məlumatların doğruluğu ilə bağlı qarşılaşa biləcəyi bütün zərərləri qarşılayacağını bəyan edir və təminat verir.
    • 3.3. “İstifadəçi” “Platforma”nı şirkət adına istifadə edirsə, hesab planına uyğun olaraq istifadəçi sayı əlavə etmə səlahiyyətinə sahibdir və bu əlavə istifadəçilərə aid məlumatların doğruluğundan cavabdehdir.
    • 3.4. “İstifadəçi” “Platforma”ya elektron poçt ünvanı və “istifadəçi” tərəfindən təyin edilmiş şifrə ilə daxil olur. Təyin edilmiş şifrənin gizliliyinin qorunması “İstifadəçi”nin cavabdehliyinə aiddir və “Platforma”ya əlaqəli elektron poçt ünvanı qeyd etməklə daxil olunan və aparılan fəaliyyət “İstifadəçi” tərəfindən aparılmış qəbul edilir. Bu fəaliyyət nəticəsində ortaya çıxan hər cür hüquqi və digər məsuliyyətlər “İstifadəçi”nin üzərinə düşür.
    • 3.5. “İstifadəçi” hər növ çətinlik və əlaqə üçün elektron poçt ünvanını istifadə edəcəyini və elektron poçt ünvanını müntəzəm olaraq yoxlayacağını bəyan və qəbul edir.
    • 3.6. İstifadəçı adı və şifrəsi yalnız əlaqəli “İstifadəçi” tərəfindən istifadə edilə bilər və bu məlumatlarınm başqa insanlara verilməsi qadağandır. “İstifadəçi” şifrəsinin başqa insanlar tərəfindən istifadə edildiyini müəyyən edərsə dərhal “CorpoLead”ə bu barədə məlumat verməli və təhlükəsiz internet brauzer vasitəsilə şifrəni dəyişdirməlidir.
    • 3.7. “İstifadəçi” “Platforma” vasitəsilə saxladığı məlumatların və həyata keçirdiyi işlərin şirkətin fəaliyyət göstərdiyi ölkənin vergi, gömrük və digər qanunlarına uyğunluğundan cavabdehdir. “Platforma”nın qeyri-qanuni işlər üçün istifadəsi qadağandır və bu cür pozuntular ”İstifadəçi”nin məsuliyyətindədir.
    • 3.8. “İstifadəçi” “Platforma”ya yüklədiyi fayllarda virus, troyan və digər neqativ məqsədli/qərəzli proqramların olmamasından cavabdehdir.
    • 3.9. “İstifadəçi” “Platforma”ya yüklənən məlumatların nüsxəsinin arxivinin saxlanılmasından cavabdehdir.
    • 3.10. “İstifadəçi” “Platforma”na qeyri-qanuni məqsədlər üçün istifadə etməmək, təhlükəsizlik tədbirlərinə riayət etmək, “CorpoLead” tərəfindən izin verilməyən vaxtlarda sistemə məlumat yükləməməkdə məsuldur.
    • 3.11. “İstifadəçi” istifadəçi hesabı və bu “Sözləşmə” ilə “CorpoLead”dən istifadə nəticəsində ortaya çıxan hüquq və vəzifələrini heç bir şəkildə üçüncü şəxsə yönəldə bilməz.

 

  1. 4. “CorpoLead”in hüquq və vəzifələri:
    • 4.1. “CorpoLead” “Platforma”da mövcud olan məlumatların itməməsi üçün bütün lazımi protokol, prosedur və tədbirləri həyata keçirməklə bərabər, məlumatların itməsinin ümumiyyətlə baş verməməsinin qarantiyasını vermir.
    • 4.2. “CorpoLead” “İstifadəçi”nin “Platforma”ya daxil etdiyi məlumatları “İstifadəçi”nin icazəsi olmadan əldə etməmək, görüntüləməmək və paylaşmamaqda məsuldur. “CorpoLead” “İstifadəçi”nin “Platforma”ya daxil etdiyi məlumatları yalnız məhkəmə qərarı ilə tələb edildiyi halda səlahiyyətli dövlət qurumlarına təqdim edə bilər.
    • 4.3. “CorpoLead” xəbərdarlıq etmədən “Sözləşmə”də dəyişikliklər edə bilər. Dəyişikliklərin “CorpoLead” tərəfindən corpolead.com internet saytında yerləşdirilməsindən sonra, “İstifadəçi”nin “Platforma”ya ilk daxil olması “İstifadəçi” tərəfindən yenilənmiş “Sözləşmə”nin qəbul edilməsi sayılır. “İstifadəçi” “Sözləşmə”də aparılmış dəyişikliklərlə razılaşmadığı halda bu “Sözləşmə”nin sonrakı bəndlərində qeyd edilən qaydada “Sözləşmə”yə xitam verə bilər.
    • 4.4. “İstifadəçi”nin (və ya əlavə edilmiş istifadəçinin) bu “Sözləşmə” və corpolead.com internet saytında yer alan qayda və şərtlərə zidd davrandığı halda şirkət “İstifadəçi”nin üzvlüyünü ləğv edə və ya “Sözləşmə”yə bu “Sözləşmə”nin sonrakı bəndlərində qeyd edilən qaydada xitam verməklə “İstifadəçi”nin “Platforma”dan istafadəsini sonlandıra bilər. Bu halda şirkətin “İstifadəçi”dən hər hansı zərərin qarşılanmasını tələb etmək hüququ var.
    • 4.5. “CorpoLead” “Platforma”nın 7/24 prinsipi ilə işləməsini təmin etməyi hədəfləməklə bərabər, onun kəsintisiz və xətasız olmasını öhdəliyinə götürməməkdədir. “İstifadəçi” “Platforma”ya daxil olmanın və istifadənin çətinləşə və ya qırıla bilmə ehtimalını qəbul edir. “CorpoLead” ola biləcək çətinlik və ya qırılmadan heç bir şəkildə cavabdeh deyil.
    • 4.6. “CorpoLead” “Sözləşmə” qüvvədə olduğu müddətdə “Platforma”da daxil edilən kontenti məlumat bazasında saxlamaq hüququna malikdir.

 

  1. 5. “ Ödəniş, Geri Qaytarma, Dəyişiklik və Üzvlüyün Dondurulması qaydaları:
    • 5.1. Ödənişli “CorpoLead” abunəliyinə keçmək üçün aşağıdakı yollardan biri vasitəsilə ilk ayın ödənişini həyata keçirmək kifayətdir:
      • 5.1.1. corpolead.com internet saytında yerləşdirilmiş onlayn ödəniş terminalı;
      • 5.1.2. Bankda hesablaşma hesabı vasitəsilə köçürmə;
      • 5.1.3. Ödəniş terminalları;
      • 5.1.4. hesab.az və epul.az ödəniş portalları.
    • 5.2. Ödənişli “CorpoLead” abunəliyinə keçdiyiniz zaman ödənişsiz istifadəniz avtomatik olaraq bitmiş hesab edilir. Hər ay üçün ödəniş dövrü ayın ilk 5 günüdür və ödənilmiş məbləğin geri qaytarılması mümkün deyil. Ödəniş edildiyi zaman ödəniş vasitəsindən aslı olmayaraq hesab-faktura “İstifadəçi”nin öncədən müəyyən etdiyi elektron poçt ünvanına göndərilir.
    • 5.3. “CorpoLead” “İstifadəçi”yə “Platforma”dan 15 (on beş) təqvim günü ödənişsiz istifadə imkanı verir. 15 (on beş) təqvim günü bitdikdən sonra əgər “İstifadə”çi ödənişli abunəyə keçid etməyibsə istifadəçi hesabı dondurulur. “CorpoLead” öz istəyi ilə ödənişsiz istifadə müddətində dəyişiklik edə bilər.
    • 5.4. “İstifadəçi”nin hesabı dondurulduqdan sonra daxil edilmiş məlumatlar 6 (altı) ay ərzində saxlanılır. Əgər “İstifadəçi” bu müddət ərzində ödəniş edərək hesabını aktivləşdirərsə, öncədən daxil edilmiş məlumatları əldə edə bilər. Əks təqdirdə, “İstifadəçi” hesabı aktivləşdirmərsə bu müddət bitdikdən daxil edilmiş məlumatlar həmişəlik olaraq silinir.
    • 5.5. “CorpoLead” “Platforma”nı risk altına atan, qərəzli niyyətlə istifadə və ya “CorpoLead”i çətin vəziyyətdə buraxa biləcək hər hansı vəziyyətlə qarşılaşdığını düşünərsə “İstifadəçi”nin hesabını bloklamaq və ya bir hissəsinə girişi limitləmək kimi tədbirlər həyata keçirə bilər. Bu vəziyyət sizin “Platforma”ya daxil etdiyiniz məlumatlardan imtina etməyinizlə nəticələnə bilər. “CorpoLead” hər hansı bir səbəblə hər hansı bir “İstifadəçi”yə xidmət verməmək haqqına sahibdir.
    • 5.6. “CorpoLead” təqdim etdiyi xidmətlər üzrə dəyişikliklər edə bilər və ya hır hansı bir bölməni müvəqqəti və ya daimi olaraq xəbərdarlıq etmədən dayandıra bilər. Belə hallarda “CorpoLead” heç bir hüquqi məsuliyyət daşımır.
    • 5.7. “CorpoLead” qiymət tarifləri və ödəniş qaydaları üzrə etdiyi dəyişikliləri corpolead.com internet saytında və “Platforma”nın içində yerləşdirir. Abunə növünü dəyişmək istəyən “İstifadəçi” həmin günün aktual tariflərinə əsasən ödəniş etməlidir.
    • 5.8. “İstifadəçi”nin şərtləri qəbul və riayət etməsinə baxmayaraq, “CorpoLead”in “İstifadəçi”nin üzvlüyünü ləğv etmək hüququ var.

 

  1. 6. “Sözləşmə”nin müddəti:
    • 6.1. “Sözləşmə” “İstifadəçi” tərərfindən elektron qaydada qəbul etdiyi tarixdən qüvvəyə minir və tərəflərdən birinin bu “Sözləşmə”nin qaydalına uyğun olaraq münasibətləri pozmadığı tarixə kimi qüvvədə qalır.
    • 6.2. “Sözləşmə”nin hər hansı bəndinin və ya ifadəsinin qüvvədən düşməsi, “Sözləşmə”nin digər bənd və ifadələrini qüvvədən salmır.
    • 6.3. “Sözləşmə”nin ləğv edilməsi ləğv etmə tarixinə kimi olan öhdəliklərin yerinə yetirilməməsinə səbəb deyil. Tərəflər “Sözləşmə”nin qüvvədə olduğu müddət ərzində yaranmış öhdəliklərini tam olaraq yerinə yetirməyə borcludurlar.

 

  1. 7. Müəllif hüquqları:
    • 7.1. “Platformanın” mülkiyyəti “CorpoLead”aiddir. İstifadə etməsi üçün “İstifadəçi”yə verilən haqq heç bir şəkildə “Platforma”nın mülkiyyətinin “İstifadəçi”yə verilməsi anlamına gəlmir.
    • 7.2. “İstifadəçi”nin “Platforma”nın mənbə kodlarını əldə etməyə çalışması, kodları dəyişməyə, pozmağa və ya kopyalamağa çalışması qəti qadağandır.
    • 7.3. “İstifadəçi”nin “CorpoLead”in icazəsi olmadan “Corpolead” adını, loqosunu istifadə etməsi qadağandır.

 

  1. 8. Məsuliyyətin məhdudlaşdırılması:
    • 8.1. “İstifadəçi”, “Corpolead”in nəzarətində olmayan başqa internet saytları və/və ya portalları, fayllar və ya kontentlərə link veriləbilinəcəyini və bu cür linklərin yönəldiyi internet saytları və ya onlarla əlaqəli şəxsləri dəstəkləmək və ya hər hansı digər bəyan etmək kimi bir məqsədinin olmadığını və bu cür yollarla baş verən çətinlik zamanı məsuliyyətinin olmadığı qəbul edir.
    • 8.2. “İstifadəçi” “Platforma” vasitəsilə təqdim edilən xidmətlərin əsasən internet provayder tərəfindən verilən xidmətin keyfiyyətindən aslı olduğunu qəbul edir.

 

  1. 9. Məxfilik siyasəti:
    • 9.1. “CorpoLead” üzvləri üçün “Platforma”ya giriş protokolları məxfilik və təhlükəsizlik tədbirlərinin düzgün həyata keçirilməsini təmin etmək üçün qurulmuşdur və yalnız və siz icazə verdiyiniz şəxslər məlumat əldə edə bilərsiniz.
    • 9.2. “İstifadəçi”lərdən əldə edilmiş məlumatlar “CorpoLead” tərəfindən yalnız xidmətin və texniki dəstəyin göstərilə bilinməsi, “Platforma”nın inkişaf etdirilməsi və xidmət keyfiyyətinin artırılması məqsədilə istifadə edilir.
    • 9.3. “İstifadəçi” üçüncü şəxsləri “Platforma”dan istifadə üçün dəvət etdiyində daxil edilən məlumatlar yalnız bu məqsədlə istifadə edilir.
    • 9.4. “CorpoLead” “İstifadəçi”lərə məlumat xarakterli elektron məktublar göndərə bilər.
    • 9.5. “İstifadəçi”nin ayarlarını tutmaq və bəzi analizlər edə bilmək üçün cookies istifadə edilir. Əgər “İstifadəçi” öz kompyuterində cookies işləməsini istəmirsə bunu brauzerin ayarlarından dayandıra bilər. Bu şəraitdə “Platforma”dan istifadə etmək mümkün olacaq, ancaq “İstifadəçi” bəzi məhdudiyyətlərlə qarşılaşa bilər.

 

  1. 10. Mübahisələrin həlli:
    • 10.1. Bu “Sözləşmə”nin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll ediləcəkdir.
    • 10.2. Bu Müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

 

  1. 11. “Sözləşmə” üzrə sualların verilməsi:
    • 11.1. Bu “Sözləşmə” haqqında sual yarandıqda “CorpoLead” komandası ilə [email protected]m elektron ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.