Xidmət səviyyələri
Bu xidmət səviyyələri üzrə öhtəliklər yalnız CorpoLead platformasının ödənişli istifadəçilərinə tətbiq edilir, o şərtlə ki, istifadəçi hesabı lazımi vəziyyətdədir, istifadəçilər qaydalar və şərtlərə əməl edirlər və ödənişlər üzrə gecikmə yoxdur.
Xidmət üzrə qırılmaların kompensasiyası
CorpoLead istifadəçi tərəfindən həyata keçirilmiş ödəniş üzrə nəzərdə tutulmuş 99,33% və daha çox müddət ərzində platformanın qüsursuz işləməsi üçün bütün mümkün səyləri göstərir. Əgər qüsursuz iş şüddəti qeyd edilmiş səviyyədən aşağı düşərsə xidmət haqqı üzrə aşağıda qeyd edilmiş güzəştlər tətbiq edilir:
Qüsursuz iş müddəti | Xidmət haqqı üzrə güzəşt |
< 99,33 % | 0 % |
99–99,33 % | 5 % |
95–99 % | 25 % |
> 95 % | 50 % |
Güzəşt müddəti sizin seçiminizdən aslı olaraq, həm endirim həm də pulsuz istifadə müddəti kimi təqdim edilə bilər. Güzəştlə pul şəklində ödənilmir.
Platformanın qüsurla işləməsi səbəbindən zərər görmüş müştərilər bu barədə, saytda əlaqə bölməsində xüsusi formada lazımi məlumatları və qüsurun baş vermə saatlarını dəqiq doldurmaqla müraciət edə bilər. Müraciətlər qüsurun baş verdiyi ödəniş periodunun bitməsindən sonra ən gec 5 (beş) iş günü ərzində qəbul edilir və CorpoLead öz sistem jurnalları üzrə qüsuru araşdırdıqdan sonra 10 (on) iş günü ərzində müraciəti cavablandırır.
.
Xidmət sorğuları
CorpoLead xidmət üzrə sorğuları aşağıdakı cədvəldə qeyd edilmiş qrafik üzrə cavablandırır:
Təcililik səviyyəsi | Əlçatanlıq | Cavablandırma müddəti |
Ən yüksək | 24*7 | 2 saat |
Yüksək | 24*7 | 3 saat |
Orta | 24*5 (həftə içi) | 1 gün |
Bütün xidmət sorğularını CorpoLead saytında xüsusi formanı doldurmaqla, əgər sayt işləmirsə isə [email protected] elektron ünvanına göndərilməlidir.
Rezerv kopyalama siyasəti
Təbii fəlakət/qəza baş verdiyi halda məlumatların bərpasını təmin etmək məqsədilə CorpoLead saatlıq əsasla məlumatların rezerv kopyalama işlərini həyata keçirir. Rezerv kopyalama əsas serverlərdə deyil, tam fərqli məkanlarda yerləşən digər serverlərdə həyata keçirilir. Təbii fəlakət/qəza məlumatların itməsinə səbəb olarsa biz əlimizdən gələni edəcəyik ki, bu məlumatlar son rezerv nüsxələr hesabına tez bir zaman ərzində bərpa edilsin.
- Xüsusi həllər Üçün
- ÖDƏNİŞSİZ DEMO ÜÇÜN
- QİYMƏT CƏDVƏLİ VƏ SATIN ALMAQ ÜÇÜN