Təhlükəsizlik yanaşması

Məlumatların təhlükəsiz qaydada saxlanılması CorpoLead üçün ən önəmlı sahələrdən biridir. Bu səbəblə “Platforma” bulud texnologiyasının ən son yanaşmaları əsasında hazırlanmaqla bərabər burada daim lazımi yeniləmə işləri aparılmaqdadır.

Bulud texnologiyası

Məlumatların müştərilər tərəfindən asanlıqla istifadə edilə bilməsini təmin edən, birdən çox serverə qoşulmuş, yüksək təhlükəsizlik standartlarına malik olan onlayn məlumat anbarıdır. Müştərinin gözü ilə baxdıqda məlumatlar böyük bir virtual buludda saxlanılır və emal edilir. Fiziki olaraq bu serverlər fərqli coğrafi məkanlarda bir birindən uzaq məsafələrdə yerləşə bilər.

Bulud texnologiyasının üstünlükləri

Ən son texnoloji yenilikləri özündə cəmləşdirən bulud tyexnologiyası müştərilərə internetə çıxışı olan istənilən yerdə öz məlumatlarını əldə etməklə bərabər, bu məlumatların emalı və istifadəsini həyata keçirmək imkanı yaradır. Bu yanaşma vasitəsi ilə müştəri fiziki serverlər qurmaq məcburiyyətində qalmır və təbii olaraq fiziki serverlə bağlı quruculuq və dəstəkləmə xərclərindən də azad olur. Çünki bütün bu növ işlər bulud texnologiyasını təmin edən şirkət tərəfindən aparılır.

 

Bulud texnologiyası nə dərəcədə təhlükəsizdir?

Bulud texnologiyası üzərində bir çox fiziki serverlərdən fərqli olaraq daha tez tez yeniləmə və inkişaf işləri aparılır. Daim yeniləndiyi üçün istifadə edilən texnologiya hər zaman ən müasir və yaxşısı olur. Bu texnologiya vasitəsi ilə, müntəzəm olaraq ehtiyata alındığı (backup) üçün, saxlanılan məlumatların itirilmək ehtimalı çox azdır. Hətta müştərinin avadanlığında hər hansı nasazlıq baş verdiyi halda belə məlumatların qorunub saxlanmaq ehtimalı çox yüksəkdir.   

Müştərilər kompüterlərinə yüklədiyi bütün proqramlarda olduğu kimi, bulud texnologiyası da müəyyən tədbirlərin görülməsini zəruri edir. Beləki, kompüter, brouzer və antivirusların ən son versiyalarını istifadə etdiyinizdən əmin olmalısınız, güvənli olmayan linklərə keçid etməməlisiniz və şifrələrinizi mütəmadi olaraq yeniləməlisiniz.