Üstünlüklərimiz

  • Ən müasir bulud texnologiyasının tətbiqi

    Ən müasir bulud texnologiyasının tətbiqi

    Bulud texnologiyası öz serverinizi qurmaq əvəzinə, quraşdırma tələb etməyən və istifadə etdikcə ödəyəcəyiniz texnologiya olduğu üçün daha səmərəli bir həldir. Bu o deməkdir ki, yüksək keyfiyyəti çox daha münasib qiymətə əldə etmək mümkündür. Bulud sistemləri öz daxilində daim yenilənməkdədir və bu səbəbdən də müştəriləri yeni versiya yükləmək kimi çətinliklərdən qurtarır. Bulud sistemindəki məlumatlarınıza istədiyiniz yer və cihazdan giriş əldə etmək mümkündür. Hər hansı bir proqramın qurulduğu cihazın yanınızda olması vacib deyil. Bu sizin işlərinizi ofisinizdən, evinizdən və sayəhətdə olduqda digər cihazlardan idarə oluna bilməsinə imkan yaradır. Kompüteriniz və ya cihazınız sıradan çıxdıqda belə başqa cihazlardan məlumatlarınızı görə bilir, işlərinizi idarə edə bilirsiniz.

     

    Bulud texnologiyası sizin serverlərdən daha az təhlükəsiz deyil. Çünki burada yeniləmələr və təhlükəsizlik işləri daim aparılır. Məlumatların itmə və ya sıradan çıxma riski isə minimumdur. Öz serverinizdən fərqli olaraq bulud texnologiyasında nüsxələnmə işləri daha sıx tezliklə aparılır.

  • Əlçatan texniki xidmət

    Əlçatan texniki xidmət

    Texniki dəstəyə hər bir şirkətin ehtiyacı var, istər yeni qurulmuş, istərsə də çoxillik təcrübəyə malik olsun. Siz hər zaman hazırladığımız texniki dəstək xidmətləri vasitəsilə bizimlə əlaqə saxlayıb, mütəxəsislərimizdən kömək ala bilərsiniz. CRM sistemimiz quraşdırılma tələb etmədiyindən, hər müştərinin istifadə etdiyi cihazın yanında olmağımıza ehtiyac yoxdur və bu səbəbdən, onlayn rejimdə suallarınıza cavab verə bilər, çətinliklərinizi çox qısa zaman ərzində həll edə bilirik.

  • Uyğun qiymət siyasəti

    Uyğun qiymət siyasəti

    Alternativlərimizlə müqayisədə dəfələrlə daha uyğun qiymət təklif edirik. Çünki, quraşdırılma, yerində dəstək kimi vəsait tələb edən qayğılarımız yoxdur. Bulud texnologiyasının bizə verdiyi “istifadə etdikcə ödə” konsepti qiymətlərimizi müvafiq səviyyədə saxlamağa imkan verir.

  • Quraşdırılma tələb olunmur

    Quraşdırılma tələb olunmur

    Bu üstünlüyümüz həm bizi həm də siz müştərilərimizi bir çox qayğıdan azad edir. İlk növbədə quraşdırılmış hər hansı bir cihaz və ya kompüterdən asılılığımız yoxdur və internetimiz olan hər yerdə CRM proqramını istifadə edə bilirik. Əlavə olaraq, quraşdırılmanın tələb olunmaması həm sizlərə daha keyfiyyətli xidmət göstərmək üçün vaxtımıza qənaət edir, həm də hər iki tərəfi istər insan resursu olaraq, istərsə də avadanlıq xərcləri olaraq əlavə xərc və imtiyazlardan xilas edir.

  • İnternet olan hər yerdə işlərinizə davam edin

    İnternet olan hər yerdə işlərinizə davam edin

    Məzuniyətdə ikən qərar vermək lazımdır? Səyahət zamanı iclasdakı qərarlardan xəbərdarolmaq istəyirsiz? İş saatlarından sonra təklifinizin nəticəsi sizin üçün maraqlıdır? İnternetə qoşulmusunuzsa istədiyiniz yerdə ofisinizdəki kimi işlərinizə davam edə bilərsiniz.

  • Tək bir alət

    Tək bir alət

    Müştəri əlaqələrinin idarə olunması, məhsul stokları, insan resursları, tapşırıqlar, tədbirlərin idarə olunması və başqa alətlərin hər birinin başqa platformada olması effektliyilin azalması ilə bərabər vaxt itkisinə də səbəb olur. Təklif etdiyimiz yerli CRM proqramı istifadə edəcəyiniz alətləri bir platformada toplayaraq sizə təqdim edir. Bu sizə bütün prosesləri eyni platformada həm izləməyə həm də ölçməyə imkan verir.

  • Platformanın daim və avtomatik yenilənməsi

    Platformanın daim və avtomatik yenilənməsi

    Quraşdırılmış proqramlardan fərqli olaraq təqdim etdiyimiz bulud texnologiyasında işləyən CorpoLead CRM, proqramçılarımız tərəfindən yeniləndiyi zaman istifadəçilər yeniliklərdən dərhal xəbərdar olur və yenilikləri dərhal istifadə edə bilirlər. Bu həm də o deməkdir ki, hər hansı bir yeni modul istifadəyə verildikdə, siz bu xidmət üçün nə əlavə ödəniş edirsiniz nə də istifadə etmək üçün quraşdırılmasını gözləyirsiniz.

  • Sizinlə birlikdə dəyişirik

    Sizinlə birlikdə dəyişirik

    Corpolead – yerli CRM komandasına yönləndirdiyiniz təklif və iradlar görməməzlikdən gəlmirik. Onları xüsusi bir platformada işləyib, həm şirkətin starteji planlarına uyğun olan, həm də istifadəçilərin daha çox üstündə durduqları təklifləri seçərək CRM proqramımıza əlavə etməyə çalışırıq. Sizlərdən gələn təkliflərlə təkmilləşıb sizlərə daha keyfiyyətli xidmət göstərməyə çalışırıq.

  • Programınız öz üslubunuzda

    Programınız öz üslubunuzda

    Corpolead – yerli CRM proqramını siz şirkətinizin korporativ üslubuna uyğun olaraq tərtib edə bilərsiniz. Əməkdaşlarınız CRM proqramını şirkətinizin korporativ üslubunda istifadə etməklə özlərini alışdıqları mühitdə hiss edəcək və daha effektiv nəticələr əldə edəcəklər.

  • Parametrik quruluş

    Parametrik quruluş

    CRM platformamız parametrik struktura malkdr. Təkliflərinizi istər Azərbaycan manatı ilə hazırlayın, istərsə də Amerika dollar ilə, məhsullarınızı istər metr vahidi ilə əlavə edin, istər litr ilə - “CorpoLead CRM”in strukturu bir çox vahid və etolanları nəzərə almaqla bərabər, istifadəçilərin də platformaya yeni vahid və etalonları əlavə etməsinə imkan yaradır. Hətta bizim nəzərə almadığımız dəyişən varsa belə, bu məlumatı platformaya əlavə edərək istifadə edə bilərsiniz.

  • Ən üstün cəhətimiz yerli məhsul olmağımızdır

    Ən üstün cəhətimiz yerli məhsul olmağımızdır

    Yerli sahibkarların ehtiyaclarının nəzərə alaraq, onların inkişaf yolunda dəstək olmaq və birlikdə inkişaf edə bilmək üçün bu proqram təminatını hazırladıq. Xarici və yad resursları tərcümə edib təqdim etmək əvəzinə, öz məhsulumuzu sizinlə paylaşmağı özümüz üçün üstünlük adlandırırıq. Əlbəttə ki, bu yolda çətinliklərimiz olacaqdır, lakin biz bunları sizlərdən aldığımız dəstəklə öhdəsindən gələcəyimizə əminik.