Faq

  • Məlumatlarım nə qədər təhlükəsizdir?

    Sizin məlumatlarınızı biz daxil olmaqla, sizdən və proqram vasitəsi ilə izn verdiyiniz istifadəçilərdən savayı heç kim qanuni yol ilə görə bilmir. Məlumatlarınız kripto sistemlə şifrələnir və yalnız sizin hesabınıza daxil olmaqla görünür və Azərbaycan Respublikası qanunvericiliyə ilə qorunur.

  • Bir illik və ya uzun müddətlik abunə olmaq istərsəm endirimli qiymət tətbiq oluna bilərmi?

    Bunun üçün xüsusi həllər linkində qeyd olunmuş məlumatla tanış olub bizimlə əlaqə saxlaya bilərsiniz.

  • Mobil tətbiq olacaqmı?

    CORPOLEAD CRM platforması mobil cihazlarla uyumludur, siz onu öz cihazlarınızda istifadə edə bilərsiniz. Platformanın mobil tətbiq versiyasını sizlərə ən qısa zamanda təqdim edəcəyik.

  • Öz hesabıma daxil ola bilmirəm.

    Zəhmət olmasa, bu barədə şirkətimizə müraciət edin. Hesabın sizə aid olduğu təsdiq olunduqdan sonra sizin hesaba girişiniz təmin olunacaq. Hesabın sizə aid olmasının təsdiqi telefon nömrəsi, şirkət qeydiyyat nömrəsi ilə oluna bilər.

  • Bir neçə müddət ödəməni gecikdirmişəm, hesabım bağlanıb, lakin yenidən bərpa etmək istəyirəm, məlumatlarım bərpa olunacaqmı?

    Məlumatlarınız 30 gün serverimizdə saxlanılır. Əgər 30 gün müddətindən daha çox zaman gecikmə olubsa, o zaman məlumatlarınız bərpa olunmayacaq. Əks təqirdə isə məlumatlarınızı bərpa edə bilərik.

  • Hesabımı və şirkətimi bağlayıb yeni şirkət açmaq səbəbilə transfer etmək istəyirəm. Bu mümkündürmü?

    Bəli, mümkündür. Bunun üçün bizə müraciət edib, müvafiq sənədləri göndərməyiniz tələb olunacaqdır.

  • Hesabımı dondurmaq istəyirəm, bir neçə müddət sonra yenidən aktiv istifadə edəcəyəm. Bu mümkündürmü ?

    Hesabınızı 120 gün müddətinə dondura bilərsiniz. Bu müddət ərzində sizlərdən hər hansı bir ödəniş tələb olunmayacaqdır.

  • Şirkətimə uyğun xüsusi modul hazırlaya bilərsinizmi?

    Bəli, mümkündür. Bunun üçün siz [email protected] email ünvanına müraciət etməlisiniz. Müraciətiniz analiz edildikdən sonra sizlərə sorğunuz barəsində 5 gün ərzində məlumat veriləcəkdir.

  • Məlumatlarım sistemdən silinib, lakin mən silməmişəm.

    İstifadəçi aktivliyi bölməsində şirkətinizin hesabına hansı istifadəçinin son daxil olduğu və hansı istifadəçinin son əməliyyat etdiyini görə bilərsiniz. Məlumatlarınız şifrələndiyindən biz bu əməliyyatları görə bilmirik.

  • Müəyyən zaman öncə sildiyim məlumatı geri qaytarmaq istəyirəm, mümkündürmü?

    Bəli mümkündür, zəhmət olmasa [email protected] email ünvanına müraciət edin.

  • Öncədən hazırladığım məlumatları CRM sisteminə inteqrasiya edə bilərəmmi?

    Bəli, mümkündür. Bunun üçün siz [email protected] email ünvanına müraciət etməlisiniz. Müraciətiniz analiz edildikdən sonra sizlərə sorğunuz barəsindən 5 gün ərzində məlumat veriləcəkdir.

  • Platformada olan məlumatları digər şəxslərlə paylaşa bilərəm?

    Sistemdə olan məlumatların üçüncü tərəflə paylaşılması qadağandır. Belə hallar müəyyən olunduqda xidmətinizi dayandırmaq hüququmuz vardır.

  • Şirkətimizə uyğun təklif şablonları tərtib edə bilərəmmi?

    Bəli, bunun üçün platformanın əsas göstəricilər panelindəki “Texniki sənədləşmə” bölməsində məlumat ala bilərsiniz

  • Platforma tərəfindən xatırlatmalar (reminder/notification) edilirmi?

    Platforma sizə avtomatik olaraq həm email, həm də daxili bildirişlər göndərir.

  • Platformanı eyni zamanda PC, tablet və telefonda istifadə edə bilərəm?

    Bəli, platforma bulud sistemi ilə işlədiyindən sizin məlumatlarınız sinxronlaşacaqdır.