İŞ AXIŞININ İDARƏ EDİLMƏSİMÜŞTƏRİLƏRLƏ ƏLAQƏLƏRİN AVTOMATLAŞDIRILMASITƏKLİFlərin HAZIRLanmasıSİFARİŞLƏRİN QEYDİYYATIFÜRSƏTLƏRİN PERFORMANSININ ÖLÇÜLMƏSİMƏHSULLARIN QEYDİYYAT MODULUSATINALMALARIN AVTOMATLAŞDIRILMASIMÜHASİBAT MODULUcrm
Telefon, tablet və
kompüterinizdə
İnternetiniz olan hər yerdən işlərinizi idarə edin, tapşırıqlar verin.
İşlərinizin statusu barəsində məlumat alın, iclas təyin edin. Bir sözlə,
şirkət daxili olan bütün prosesləri idarə etmək üçün tək alət istifadə edin.
Sualınız varsa
təqdimat tələb edin!Yerli CRM haqqında bütün suallarınıza cavab tapacaqsınız!
CORPOLEAD'İN xüsusiyyətlərini kəşf edin,şirkətinizin inkişafına dəstək olun!Şirkətinizin bütün əməkdaşları üçün tək bir alət.
CORPOLEAD CRM`İn
sizə təqdim etdiyi modullar
Zəngin funksional imkanlara malik olan Layihələr bölməsi iş axışının ilk halqasıdır və siz buraya idarə etdiyiniz şirkətin gələcək və ya indiki layihələri (və ya kampaniyaları) haqqında məlumatları daxil edə bilərsiniz. Yaratdığınız layihələr həyata keçiriləcək iş prosesinin qeydiyyatını aparır və yalnız mövcud partnyorlarla deyil, hətta potensial partnyorlarla da bağlı ola bilər.
İş axışının ikinci halqası Fürsətlər bölməsidir. Burada siz idarə etdiyiniz biznes üçün Fürsət hesab etdiyiniz satış, hadisə, tədbir, tender və s. kimi fəaliyyətlərin qeydiyyatını aparmaq imkanı əldə edirsiniz. Adından bilindiyi kimi, bu bölmə partnyorlarla münasibətin başlanğıc mərhələsinin qeydiyyatı üçün istifadə edilir. Belə ki, siz bu mərhələdə fürsəti dəyənləndirib dəyərləndirməyəcəyinizi və ya fürsətin təklif vermək üçün uyğun olub olmadığını bilmirsiniz. Bu halda Fürsət “CorpoLead CRM” platformasında qeydiyyata alınır və sizin təyin etdiyiniz satış və ya digər uyğun departamentdən Məsul və ya Əlaqədar Şəxs bu işə təyin olunur. Uğurlu olduğu halda isə prosesin növbəti mərhələsinə keçid alınır.
Öncəki bölmələrdən də bəlli olduğu kimi Təkliflər bölməsi dinamik olaraq iş axışının bir parçasıdır və digər bölmələrlə əlaqəli olmaqla bərəbər, iyerarxiya olaraq Fürsətlər bölməsindən sonra gəlir. Siz təklif vermək istədiyiniz şirkət üçün şirkətinizin korporativ kimliyinə uyğun təklif şablonu hazırlaya bilər və bütün təkliflərinizi avtomatik olaraq idarə edə bilərsiniz
Platforma təklif hazırlanması prosesində tək və ya iki loqolu şablon, təklifin unikal nömrəsinin avtomatik idarə olunması, müştərinin email ünvanına göndərilməsi, PDF formatında yüklənilməsi kimi funksiyaları özündə birləşdirir.
Sifarişlər bölməsi iş axışının növbəti halqasıdır və təsdiqlənmiş Təkliflərin nüsxəsi bu bölməyə kopyalanır. Bu bölmədə həm düzxətli olaraq Təkliflər bölməsindən gələn məlumatlar, həm də bir başa həyata keçən sifariş məlumatları toplanılır. Sifarişlər bölməsində siz bu sifarişə aid fürsət, təklif, məhsul, qeyd və məsul şəxs kimi məlumatlara baxa bilərsiniz.
İş axışında düz xətli iştirak etməsə də onun bir hissəsi olan bu bölmə satınalma proseslərinin tənzimlənməsi üçün nəzərdə tutulur. Əsas iki hissədən - Satınalmalar və Satınalma Sifarişlərindən ibarətdir. Satınalmalar biznesinizin satınalma ehtiyacı əsasında toplanmış təklifləri, Satınalma Sifarişləri isə sizin təsdiq etdiyiniz satınalmaları özündə əks etdirir. Bu həm də o deməkdir ki, təsdiqlənməmiş satınalma təklifləri belə, sizin üçün hər zaman əlçatan olacaqdır.
Mühasibatlıq bölməsi əsas olaraq iki alt bölmədən ibarətdir - Gəlirlər və Xərclər. İş axısı prosesində təsdiqlənmiş sifarişlərin ödəmə məbləğləri kimi məlumatlar Gəlirlər bölməsində, satınalma sifarişləri və ya əmək haqqı kimi ödəmələr isə Xərclər bölməsində avtomatik əks olunur. Bundan əlavə, bu bölmədə avtomatik yaradılan gəlir/xərc hesabatları sizə biznesin mühasibatlığı haqqında məlumat toplamaq yolunda kömək edəcəkdir.
Bu bölmə “CorpoLead CRM” platformasında həm müştərilərlə iş üçün (CRM), həm də daxili planlamalar üçün (ERP) vacib bölmələrdən biridir. Burada sizin idarə etdiyiniz şirkətə aid olan məhsul və xidmətləri əlavə edib, avtomatlaşma prosesi üçün zəmin yaradacaqsınız. Daxil etdiyiniz məhsulların ölçü vahidi, sayı, qiyməti və ya kodu kimi məlumatlar avtomatik olaraq Təkliflər bölməsndə və ya müştərilərlə iş üzrə əlaqədar olan başqa bölmələrdə aktiv istifadə olunacaqdır.
Burada siz əməkdaşlara tapşırıqlar verə, bu tapşırıqları izləyə, hesabatlar ala və öz aranızda fayl paylaşa bilərsiniz. Verdiyiniz tapşırıqlar hər hansı bir partnyora və ya layihəyə təyin edilə bilər. Eyni zamanda sz, yalnız özünüzə aid tapşırıqlar yarada, görüləsi işlərinizi planlaya bilərsiniz. Yalnız sizə məxsus olan tapşırıq hazırladığınızda, digər istifadəçilər bu tapşırığı ümumi siyahıda görməyəcəkdir.
Tədbirlər bölməsi sizin müştərilərinizlə bir başa əlaqədə olduğunuz proseslərin qeydiyyatını aparmaq üçündür. Bu bölmədə siz görüş və iclaslar təşkil edə, onların ünvanlarını əməkdaşlarınızla paylaşa və tədbirlərin nəticələri barəsində məlumat toplaya bilərsiniz. Bölmə iki alt bölmədən ibarətdir - Tədbirlər və Təqvim. Birinci alt bölmədə tədbir məlumatları daxil edib, onlar üzərində əməliyyatlar aparmaq, ikincidə isə, heç bir dəyişiklik aparmadan tədbirlərin təqvim üzərində yerləşməsini görmək mümkündür.
Bu bölmə platformanın istifadəçisi olan və olmayan şirkət əməkdaşlarının məlumatlarını idarə etmək üçün xüsusi olaraq hazırlanmışdır. Siz əməkdaşlarınızın şəxsi, təhsil, əlaqə, iş həyatı haqqında məlumatlarını buraya daxil edə bilərsiniz. Bundan əlavə, bu bölmə vasitəsilə əməkdaşlarınıza platforma üzrə istifadəçi statusunun verilməsini təmin edə bilərsiniz.
“CorpoLead CRM” istifadəçilərini idarə etmək və onlara əməliyyatlar üzrə icazələrin verilməsi üçün lazım olan bölmədr. Burada siz, istifadəçinin platforma bölmələrndən istifadə etmə icazələrn, bölmələr üzrə baxmaq, yaratmaq, redaktə etmək və silmək funksiyalarının idarə olunmasını həyata keçirə bilərsiniz.
İstifadəçilər bölməsi ilə İnsan Resursları bölməsi bir birinə paralel işləyən modullardır. Əgər bir istifadəçi İnsan Resursları bölməsində CRM istifadəçisi kimi qeyd olunubsa, siz bu qeydiyyatı İstifadəçilər bölməsində də görəcəksiniz. Eyni zamanda əgər İstifadəçi öz hesabında dəyişiklik edirsə, bu dəyişiklik hər iki modulda öz əksini tapacaqdır.
Bu bölmə CRM istifadəçilərinin platformaya giriş zamanları və IP ünvanlarının qeydiyyatını aparmaq üçündür. Başqa sözlə siz istifadəçi statuslu əməkdaşınızın platformaya nə zaman daxil olduğu və hansı bölmədə əməliyyat apardığını görə biləcəksiniz.
“CorpoLead CRM” platformasının parametrik quruluşunun idarə olunması məhz bu bölmədən həyata keçirilir. Burada məqsəd platformanı öz biznesinizə uyğunlaşdıraraq, istədiyiniz kimi idarə etməyiniz üçün qarşınızdakı maneələri minimuma endirməkdir. Parametrik quruluş sizə platformada qeydiyyatda olan vahdlər, iş statuslarını, uçot tiplərini və başqa məlumatları biznesinizə uyğunlaşdırmağa imkan verir.
“CorpoLead CRM” platforması biznesinizi analiz edə bilməyiniz üçün xüsusi göstəricilər paneli ilə təchiz olunmuşdur. Ana səhifədə olan əsas göstəricilər paneli ilə yanaşı, hər bir bölmənin hazırki vəziyyətini əks etdirən özünəməxsus göstəricilər paneli mövcuddur. Bu panellər istifadə tezliyi və müasir biznesin ehtiyaclarını nəzərə alaraq tərəfimizdən daimi olaraq yenilənməkdədir.
Əlavə olaraq “CorpoLead CRM” platforması Bildirişlər və Ani Mesajlaşma modulları ilə təchiz olunmuşdur. Bildirişlər modulu avtomatik olaraq fəaliyyət göstərir və hər hansı bir istifadəçi sizi modullara Məsul və ya Əlaqədar Şəxs təyin etdikdə, bildirişlər sizə həm platforma üzərindən, həm də email olaraq göndəriləcəkdir. Ani Mesajlaşma modulu isə sizə istifadəçi statuslu əməkdaşlarla sürətli məlumat mübadiləsi həyata keçirmək imkanı yaradacaqdır.
- Xüsusi həllər Üçün
- ÖDƏNİŞSİZ DEMO ÜÇÜN
- QİYMƏT CƏDVƏLİ VƏ SATIN ALMAQ ÜÇÜN